İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı

İcra başçıları KÜTLƏVİ ixtisarlara başladıSon dövrlər şəhər və rayon icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri dövlət aparatında yeni mərhələnin başlandığını göstərir. Rəsmi izahlar optimallaşdırma, səmərəliliyin artırılması və idarəetmənin çevikləşdirilməsi üzərində qurulsa da, prosesin arxa planında daha ciddi suallar dayanır: niyə məhz indi və niyə bu qədər genişmiqyaslı?

Yerli KİV-lərin məlumatına görə, artıq bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilir, birləşdirilir və onların yerində daha az işçi heyəti olan sektorlar yaradılır. Ən diqqətçəkən dəyişikliklərdən biri “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş”, “İctimai-siyasi və humanitar məsələlər” şöbələri ilə “İnformasiya təminatı və təhlil” sektorunun birləşdirilməsidir. Bu strukturun yerində “Ərazi-təşkilat və ictimai-siyasi məsələlər” adlı yeni şöbə formalaşdırılıb.

Oxşar proses sosial-iqtisadi və tikinti sahəsində də aparılıb.

“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsi “Memarlıq və tikinti” şöbəsi ilə birləşdirilərək vahid struktur – “Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri” şöbəsi yaradılıb. Yeni şöbənin daxilində isə müvafiq sektorlar fəaliyyət göstərəcək.

Bu dəyişikliklər ilk baxışdan texniki xarakter daşıyır. Ancaq reallıqda söhbət kütləvi ixtisarlardan gedir. Çünki sektorlaşma avtomatik olaraq ştat vahidlərinin azalması deməkdir. Bir neçə şöbənin gördüyü iş indi daha az sayda əməkdaş tərəfindən icra ediləcək.

Qardaş ölkədə 17 min məmur İXTİSAR OLUNUR | KONKRET

İxtisar dalğası yalnız aparat səviyyəsi ilə məhdudlaşmır. Qəsəbə və kənd icra nümayəndəliklərində də ciddi dəyişikliklər aparılıb. Belə ki, icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv edilib. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yeni qaydalara əsasən, icra nümayəndəliklərinin ştat sayı əhali sayına görə müəyyənləşdirilib: əhalisi 10 min nəfərədək olan ərazilərdə 3, 10 mindən çox olanlarda isə 4 əməkdaş nəzərdə tutulur.

Maraqlıdır ki, bu qərarlar illərdir tənqid hədəfində olan icra hakimiyyəti sistemində köklü islahatların başlanğıcı kimi təqdim edilir. Bu islahatlar həqiqətən idarəetmənin keyfiyyətini artıracaq, yoxsa sadəcə kağız üzərində struktur dəyişiklikləri ilə kifayətlənəcək?

Digər tərəfdən, ixtisarların sosial nəticələri də diqqətdən kənarda qala bilməz. Uzun illər icra strukturlarında çalışan yüzlərlə insan bir anda işsiz qalır. Alternativ məşğulluq imkanlarının məhdud olduğu regionlarda bu, əlavə sosial gərginlik riski yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...