Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.

Gundem.info.az xəbər verir ki, bu iddia ilə Manşet.az-a bir qrup usta və fəhlə müraciət edib.

Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.

“Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır”, - deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev söyləyib.

Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər: “Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir”.

Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib: “Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.
Qeyd edək ki, 2007-ci ildən icra başçısı olan Rauf Həbibov 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib.

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? -
Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? -
Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? -
Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...