Sabirabadda "Qirmızı kitab"a düşmüş ağaclar kütləvi şəkildə qırılır - Video - ÖZƏL

Sabirabadda "Qirmızı kitab"a düşmüş ağaclar kütləvi şəkildə qırılır -
Sabirabad rayonu Bulduq kəndində yaşıllıqlar məhv edilir. Gundeminfo xəbər verir ki, bununla bağlı olaraq sosial şəbəkələrdə görüntülər yayaılıb. Videodan belə məlum olur ki, meşə massıvı olan ərazilərdəki ağaclar kütləvi şəkildə qırılır.

Bildirilir ki, qırmızı kitaba düşmüş və qorunan bitki növləri arasında olan çoxillik və yeni Yulğun ağacları kütləvi şəkildə qırılıb. Əvəzində ərazidə yonca və buğda səpini həyata keçirilib.

Gundeminfo xəbər verir ki, Bulduq kəndi ərazisində əsasən Kür çayının mühafizə bəndlərinin yamacında yerləşən ərazidə bir gecədə 600-dən çox Yulqun ağacları məhv edilib.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də mövqeyini almağa çalışacağıq.

Araşdırmalarımız davam edir.

Gundeminfo olaraq videogörüntüləri təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...