“İrəvan və Bakı bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər”

“İrəvan və Bakı bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər”
“Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Bəli, biz beynəlxalq hüquqi platformalarda bir-birimizə qarşı mübahisələrin, iddiaların və şikayətlərin aradan qaldırılmasını müzakirə edirik”, - deyə o qeyd edib.
O deyib ki, İrəvan və Bakı Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində üçüncü tərəflərin istisna edilməsi məsələsini də müzakirə edirlər.
Ermənistanın XİN başçısı hesab edir ki, müvafiq konstruktiv yanaşma ilə Azərbaycan və Türkiyə ilə münasibətlərdə qısa müddətdə nəzərəçarpacaq irəliləyiş əldə etmək olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...