Agentlik tender keçirmədən Rəşad Həsənzadədən 114 minlik icarə götürdü - bu qanunsuzluq deyilmi?

Agentlik tender keçirmədən Rəşad Həsənzadədən 114 minlik icarə götürdü -
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN – 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.
Gundeminfo.az yeniavaz.com -a istinadən xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və qarşılığında 114 min manat ödəyəcək.
Onu da bildirək ki, Dövlət Agentliyi ötən il ərzində də Rəşad Həsənzadə ilə 84 min və 31 min manat dəyərində 2 satınalma müqaviləsi imzalayıb.

Qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi direktoru Cavid Abdullayevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...