Bu restorandan İFŞA EDİLDİ: Tantuni adı ilə at əti yediriblər

Bu restorandan İFŞA EDİLDİ:
Türkiyədə qida təhlükəsizliyi təftişləri davam edir.

Musavat.com xəbər verir ki, “sağlamlığa təhlükə yarada bilən qidalar” siyahısı yenilənməyə davam edir.

11 mart çərşənbə axşamı günü edilən son yeniləmədə tantuni də siyahıya əlavə edilib. Araşdırmalar zamanı tantuni istehsalında heyvan ətindən istifadə edildiyi müəyyən edilib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyi apardığı yoxlamalar nəticəsində saxtalaşdırılmış ərzaq məhsullarının siyahısını açıqlayıb.

Nazirliyin yenilənmiş siyahısında Mersində xidmət göstərən “Erdemli Göksel Yemekçilik” şirkətinin tantunilərində at ətindən istifadə edildiyi müəyyən edilib. Nazirlik məsələ ilə bağlı hərəkətə keçib.

Araşdırmalar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...