Türkiyə İsraillə müharibə üçün qırıcılar alır? - Şok iddia

Türkiyə İsraillə müharibə üçün qırıcılar alır? -
Türkiyə və Böyük Britaniya arasında "Tayfun" hərbi təyyarələrinin tədarükünə dair müqavilə ilə bağlı diqqətçəkən məqalə yayımlanıb.

Axar.az “Röyters”ə istinadən xəbər verir ki, iddiaya görə, Türkiyənin sözügedən təyyarələri almaqda məqsədi son dönəmlərdə Yaxın Şərqdə effektiv əməliyyatlar keçirən İsrail qarşısında hərbi üstünlüyə nail olmaqdır.

Avropa da öz növbəsində NATO-da (ABŞ-dan sonra) ikinci ən böyük orduya sahib və hərbi dronların aparıcı istehsalçısı olan Türkiyənin rəğbətini qazanmağa çalışır.

Bildirilir ki, avropalılara şərq cinahını gücləndirmək gərəkdir. Bundan əlavə, Türkiyə potensial olaraq Ukraynada müharibədən sonrakı sabitləşmədə əhəmiyyətli rol oynaya bilər.

Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 44 ədəd "Tayfun" qırıcı təyyarəsi alacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...