Ramiz Mehdiyevin kitablarını redaktə etdi - Yasamaldan 3 otaqlı ev aldı

Ramiz Mehdiyevin kitablarını redaktə etdi - Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.

Gundem.info.az xəbər verir ki, bakupost.az -a Elman Nəsirovun ailə qalmaqalıyla bağlı yeni detallar məlum olub.

Bu barədə saytımıza Laləzər Nəsirovanın yaxın qohumu danışıb.
O, Elman Nəsirovun toyunda şəxsən iştirak etdiyini deyib. Toy mərasimi "Şərq bazarı"nın yaxınlığındakı şadlıq evlərindən birində keçirilib. Evlənən cütlük Nərimanov rayonunda, Daxili Qoşunların Hərbi Hissəsinin qarşısındakı köhnə binanın birinci mərtəbəsindəki mənzildə yaşayıblar.

Mənbənin sözlərinə görə, ilk illər Elman Nəsirovla həyat yoldaşının münasibətləri çox yaxşı olub. Onlar Laləzərin 4 yaşı olanda boşanıblar. Laləzər anası ilə birlikdə nənəsinin evində yaşamağa başlayıb:

"Anası çox çətinlik, əzab-əziyyətlə Laləzəri böyütdü. Elman Nəsirov onları demək olar ki, yaxın buraxmırdı. Sonra eşitdik ki, başqa bir xanımla evlənib. Məsələnin bu vəziyyətə gəlməsində millət vəkilinin özü günahkardır. Adam öz qızını necə bloka ata, "mənə zəng etmə" deyə bilər? Heç bir ata öz övladına belə yanaşmaz. Təəssüf ki, deputat statusunda olan bir adam bunu edib. Qızı sadəcə, deputatın ona atalıq etməsini istəyir. Deyirlər, guya Laləzərin anası dəlidir. Siz yəqin onun videosuna baxmısız. Elə dəli olur? Bu, sadəcə, böhtandır".

Laləzər Nəsirovanın qohunu Elman Nəsirovun boşanma zamanı həyat yoldaşı və qızına ev vermədiyini deyib:

"Bildiyim qədəri ilə o, ikiotaqlı mənzilini evlənməmişdən əvvəl atasının adına keçirilmişdi. Onu da tez-bazar satıb Əhmədli tərəfə köçdü. Daha sonra Ramiz Mehdiyevin kitablarının redaktəsi ilə məşğul olurdu. Deyilənə görə, məhz bu xidmətinə görə sonradan Ramiz Mehdiyev ona Yasamalda - 1 saylı Çörək Zavodunun yaxınlığıda ev verdirib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...