Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA

Zabil Qəhrəmanov təcridxanaya köçürüldü -  Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanov şəhərdəki 2 saylı istintaq təcridxanasına köçürülüb.

Bu barədə gununsesi.info–ya onun vəkili Səadət Seyidli bildirib.

Vəkilin sözlərinə görə, artıq Zabil Qəhrəmanovun həbsindən Gəncə Apellyasiya Məhkəməsinə appelyasiya şikayəti veriblər:

“Artıq apelyasiya şikayətini vermişik. Yəqin ki, sabah ya birisi gün şikayətimizə baxılacaq”.

Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıq və dələduzluq ittihamı ilə həbs edilib.

O, ittihamları rədd edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...