Anar Əsədli həbs edildi

Anar Əsədli həbs edildiAzərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.

https://gundem.info.az/ xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Zərərçəkmiş şəxs A.Əsədli barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Anar Əsədli elə zalda həbs edilərək istintaq təcridxanasına göndərilib.

Məlumatı onun vəkili Hikmət Əliyev saytımıza təsdiq edib.

Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişd
i.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...