“OZIO” MMC-nin vergi borcu üzə çıxıb – 10 manatlıq kapitala qarşı 10 min manat borc

“OZIO” MMC-nin vergi borcu üzə çıxıb – “OZIO” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Ozio Plus kartı) dövlət qarşısında vergi borcu aşkarlanıb.

32gun.az-ın məlumatına görə, şirkətin borcu 10 177,58 manat təşkil edir. “OZIO” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə İsmayılov Eşqin Tofiq oğludur.

32gun.az xəbər verir ki, “OZIO” markası “Grand-Mart” MMC-yə daxildir. “Grand-Mart” MMC-nin qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf oğludur.

Məlumata görə, “Grand-Mart” MMC-nin tərkibində “Megastore”, “Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi də fəaliyyət göstərir. Ozio Plus kartı məhz bu marketlərdə istifadə olunur.

Qeyd edək ki, həmçinin “PROMART” MMC və “GRANDMART” MMC-nin əsas direktoru da Eşqin İsmayılovdur.

Onu da vurğulayaq ki, “Ozio Market” onlayn ticarət platforması ilə bağlı sosial şəbəkədə şikayət yayılıb.

Abdurrahman adlı vətəndaş bildirib ki, saytdan sifariş etdiyi məhsullar orijinal deyil və saxta (“poddelka”) çıxıb.

“Sifariş verilən məhsullar ‘poddelka’. Heç kimə məsləhət görmürəm,” – deyə müştəri paylaşımında qeyd edib.

“OZIO” MMC-nin vergi borcu üzə çıxıb –
O, həmçinin digərlərinə onlayn alış-veriş zamanı ehtiyatlı olmağı tövsiyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...