İmamoğlu bu dəfə casusluğa görə dindiriləcək

İmamoğlu bu dəfə casusluğa görə dindiriləcəkİstanbul Cumhuriyyət Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu və TELE1 telekanalının baş redaktoru Mərdan Yanardağa qarşı “casusluq” ittihamı ilə istintaq başladıb.

Modern.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Merdan Yanardağ bu çərçivədə saxlanılıb və polis bölməsinə aparılıb.

İstintaq çərçivəsində Əkrəm İmamoğlunun da eyni ittihamla ifadəsinin alınmasına qərar verilib.

Xatırladaq ki, Əkrəm İmamoğlu "Cinayət təşkilatına rəhbərlik etmək", "Cinayət təşkilatına üzv olmaq", "Qəsb", "Rüşvət", "Qəsdən fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "Tender saxtakarlığı" ittihamları əsasında açılan cinayət işi çərçivəsində saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...