"Övladları üzərindən alver edənlər var" - Tağı İbrahimov
Gundem.info.az bildirir ki, "Unikal"ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər əlavə ifadə veriblər. Tağı İbrahimov ifadəsində qeyd edib:
“Bizi yanğında, partlayışda günahlandırırlar. Orda yanğın yox birbaşa partlayış olub. Mən oranı icarəyə verirdim. Cavabdeh şəxslər icarəyə götürənlər idi. Vergi ilə bağlı 693 min manatla razı olmasam da onun ödənişini etmişəm. Ədliyyə nazirliyinin ekspertizası da təsdiqləyib bu məbləğin doğru olmadığını. Zərərçəkənlərin xərclərini qarşılamışam, rəhmətə gedənlərin də o cümlədən. 1 milyon, 500 min ödəniş istəyib övladları üzərindən alver aparanlar var. Bu ödənişi mən etməməli idim amma etmişəm. Ümid edirəm ki, ədalətli hökm oxunar. İcarəyə verdiyim dövrdə fövqəlada halların qarşısının alınması ilə bağlı daha əvvəl tədbirlər görmüşük, yanğln balonları və s. Birdaha qeyd edirəm ki, yanğın olsa idi bir neçə nəfər qaça bilərdi amma bu birbaşa partlayış olub".
Digər təqsirləndirilən Togrul Rzayevdə həmcinin cavabdeh şəxs olmadiğı üçün özünü günahkar hesab etməyib.
Daha sonra Tağı İbrahimovun vəkili vəsatətlə çıxış edərək yanğın təhlükəsizliyi və partlayışla bağlı ekspertizanın yenidən aparılmasını xahiş edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Eləcə də Tağı ibrahimovun böyrəklərində çatışmazlıqla bağlı tibbi arayış məhkəməyə təqdim edilib.
Məhkəmənin növbəti iclası 29 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
29 dəfə oxundu











