“Küçədə qalmışam” deyən deputat qızının yeni VİDEOSU YAYILDI
Amma məntiqlə düşündükdə suallar yaranır: “ BU MÜDDƏT ƏRZİNDƏ HAQQI TAPDANAN ÖVLAD NİYƏ SUSURDU?” Niyə məhz ölkədə siyasi vəziyyət qarışıq olduğu zaman ortaya çıxaraq atasının onla maraqlanmadığını, qalmağa yeri olmadığını dedi?Bunun səbəbləri Laləzar Əliyevanın AzTimes.az-a verdiyi müsahibədə cavablandırılıb. İndi ” küçədə qalmışam ” deyən xanım 2020-ci ildə ailə qurub iki övladı var. O , beş ilə yaxın həyat yoldaşı ilə Xətai rayonu Babək prospektində ərinin atasına məxsus evdə yaşayıb. İddiasına görə qaynatası onunla yola getmədiyi üçün ailədə problemlər yaşanıb. O , anası Sevinc Əhmədovanın yanına qayıtsa da anasının əsəbləri yerində olmadığı üçün Nərimanov rayonu ərazisində yerləşən anasına məxsus evdə qala bilməyib ana nənəsi ilə Nəsimi rayonu 28 May ərazisində yerləşən dayısına məxsus evdə qalır.Onlara Nərimanov rayonu Firdovsi Məmmədov 15 ünvanında plana düşmüş evlərin ərazisində “SıparkMTK” şirkəti tərəfindən inşa edilən yeni tikilidə iki mənzil (3 və 1 otaqlı) verilib. Mənzillərin 2026-cı ildə təhvil veriləcəyi bildirilir. Xanımların heç biri kirayə qalmamasına baxmayaraq şirkət hər ay onlara 800 AZN kirayə haqqı ödəyir. L.Əliyevanın dediyinə görə bunu Elman Nəsirov onun xahişi ilə şirkət rəhbərliyindən istəyib. L.Əliyevanın həyat yoldaşı E. Nəsirovun xahişi ilə isə qoyulub. Daha geniş müsahibəni sizə təqdim edirik:
33 dəfə oxundu











