Benzinlə bağlı mühüm açıqlama: Ucuzlaşacaq?
Belə ki, Gürcüstanda 2024-cü ilin oktyabrı ilə müqayisədə bu ilin oktyabrında premium benzinin qiyməti dollar ifadəsində təxminən 9 faiz ucuzlaşıb. Qeyd edək ki, hökumət əvvəlcədən bəyan etmişdi ki, Aİ-95 artıq Tarif Şurası tərəfindən deyil, bazar iqtisadiyyatı və rəqabət şərtləri əsasında formalaşan pərakəndə satış qiymətləri ilə tənzimlənəcək.
Lakin hazırkı vəziyyət buna uyğun görünmür. Maraqlıdır, neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda premium benzinin qiyməti niyə enmir? Toyuqlu pizza
“Yeni Sabah” bildirir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, Gürcüstanla Azərbaycan arasındakı əsas fərq bazar mexanizmindən qaynaqlanır:
“Gürcüstanda neft məhsulları bazarı sırf bazar iqtisadiyyatı ilə formalaşır və dövlət tərəfindən tənzimlənmir. Onların öz neft ehtiyatı və neftayırma zavodu olmadığı üçün daxili pərakəndə qiymətlər xarici bazardakı topdansatış qiymətləri əsasında müəyyən olunur. SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələri də xarici bazar və yerli rəqabət mühiti əsasında qiymət formalaşdırır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda isə vəziyyət fərqlidir:
“2014-cü ildən yüksək oktanlı benzinin dövlət tərəfindən tənzimlənmədiyi açıqlansa da, reallıqda bazar qeyri-rəsmi şəkildə tənzimlənir. Bu, klassik "Kartel sazişləri"ni xatırladır. Ölkədə 900-dən çox yanacaqdoldurma məntəqəsi olsa da, hamısında qiymət eynidir. Bonus sistemi yoxdur, rəqabət yoxdur. Xarici bazarda qiymət 9-15 faiz aşağı düşsə də, daxildə bu dəyişiklik əksini tapmır. Şaban əlavə edib ki, premium benzin qiymətlərinin bazar şərtlərinə uyğun formalaşdırılması üçün real rəqabət mühiti yaradılmalıdır".
3 dəfə oxundu














