Prezident AMİP sədrinin oğluna vəzifə verdi - FOTO

Prezident AMİP sədrinin oğluna vəzifə verdi -  Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib.
Bakupost.az xəbər verir ki, onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.

O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.

Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib və hazırda Milli Məclisin hüquqları komitəsinin sədr müavinidir.

Deputatın 3 övladı var.

(Oxu24.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...