Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib

Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilibXaçmazda iki il öncə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib.

APA -nın məlumatına görə, Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...