Rusiyada neft anbararı yanır

Rusiyada neft anbararı yanırTemryuk limanında iki neft anbarında pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib.

Tribunanfo.az xəbər verir ki, bu barədə Krasnodar diyarı Təcili Yardım Mərkəzi məlumat yayıb.

Ümumi sahəsi təxminən 2000 kvadratmetr olan yanğının söndürülməsi ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin əməkdaşları da daxil olmaqla 70 nəfər və 18 ədəd xüsusi texnika məşğul olur.

Hadisə yerində təcili yardım xidmətləri də işləyir. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...