Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçersinin qiyməti bir troya unsiyası üçün 75 dolları ötərək tarixi maksimumunu yeniləyib.

"Report"un məlumatına görə, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

Bakı vaxtı ilə saat 5:04-ə olan məlumata görə, bahalı metalın qiyməti 4,87 % artaraq bir troya unsiyası üçün 75,175 dollara çatıb. Bakı vaxtı ilə saat 5:14-ə qədər gümüşün qiyməti bir troya unsiyası üçün 75,235 dollara (+4,95 %) çatıb.

Xatırladaq ki, sonuncu dəfə dekabrın 23-də gümüşün qiyməti tarixi maksimumunu yeniləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...