ABŞ rəsmən ÜST-dən çıxdı

ABŞ rəsmən ÜST-dən çıxdıABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

Modern.az xəbər verir ki, üzvlüyə xitam verilməsi ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, bu qərar COVID-19 pandemiyası dövründə ÜST-ün uğursuz siyasətinə cavab olaraq və bunun ABŞ xalqına vurduğu ziyanın aradan qaldırılması məqsədilə qəbul edilib.

Sənəddə vurğulanır ki, bir çox beynəlxalq təşkilatlar kimi, ÜST də əsas missiyasından uzaqlaşıb və dəfələrlə ABŞ-ın maraqlarına zidd addımlar atıb. “ABŞ təsisçi üzv və ÜST-ün ən böyük maliyyə təminatçısı olsa da, təşkilat Amerika maraqlarına düşmən olan ölkələr tərəfindən idarə olunan siyasiləşdirilmiş və bürokratik gündəm həyata keçirib”, – deyə bəyanatda qeyd olunub.

Bəyanata görə, bu yanaşma nəticəsində ÜST amerikalıların həyatını xilas edə biləcək mühüm məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub, sonradan isə bu uğursuzluqları ictimai səhiyyə maraqları ilə əsaslandırmağa çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...