Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? – Saxta təhsil yoxsa…
Clarus.academy şirkətinin direktoru ölkə sərhədlərini keçmədən Türkiyədə əyani təhsil alırAzərbaycanda fəaliyyət göstərən xarici universitetlərə tələbə qəbulu ilə məşğul olan Clarus.academy şirkətinin direktoru ilə bağlı maraqlı məlumatlar yayılıb.
FİM.AZ-a daxil olan məlumata görə Clarus.academy şirkətinin rəhbəri Elçin Kərimov saxta sənədlərlə həqiqi hərbi xidmətdən yayınmaqla məşğuldur. Belə ki, ilk əvvəl xəstəlik adı ilə hərbi xidmətdən yayınan Elçin Kərimov sonuncu həkim komisiyasında sağlam olduğu üzə çıxdıqdan sonra başqa yollara əl atıb. Məlumata görə Elçin Kərimov bir günün içində Türkiyə dövlətində heç kəsin tanımadığı universitetlərdən birinə əyani magistraturaya qəbul olunaraq hərbi xidmətdən yayınmağı bacarıb. Maraqlı məqam isə Elçin Kərimovun təhsil aldığı müddətdə bir dəfə də olsun Türkiyəyə getməməsidir. Bu isə Elçin Kərimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsinə təqdim etdiyi magistraturaya qəbul sənədini şübhə altına alır.
Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? – Saxta təhsil yoxsa…
Bütün bunlar isə Elçin Kərimovla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir şöbəsində qeyri-müəyyənlik yaradır. Ya Xidmətin Kürdəmir şöbəsi Elçin Kərimovun hərbi xidmətdən yayınmasına yardım edir, ya da həmin şəxslə bağlı normal araşdırma aparılmayıb.
29 dəfə oxundu











