Azərbaycanın bu rayonunun gəlirləri xərcləri üstələdi

Azərbaycanın bu rayonunun gəlirləri xərcləri üstələdiÖtən il dövlət büdcəsinin Şirvan şəhəri üzrə gəlirləri 101,9 faiz icra olunaraq proqnozu üstələyib, büdcəyə əlavə vəsait daxil olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhər haqqında dərc edilmiş məlumatda bildirilib.

Qeyd edilib ki, ötən il Şirvan şəhərində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ilkin məlumata görə, 676,3 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bunun da 425,8 milyon manatı sənaye sahələrinin payına düşüb. Sənaye məhsulunun 34,3 faizi mədənçıxarma, 15,9 faizi emal, 48,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, 1,7 faizi isə su təchizatı və tullantıların təmizlənməsi sahəsində formalaşıb.

İl ərzində 212,6 min ton əmtəəlik neft, 7,9 milyon kubmetr əmtəəlik qaz və 3,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Şəhərin sosial-iqtisadi inkişafı üçün əsas kapitala 285,7 milyon manat vəsait yönəldilib. Bunun da 96,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Tikinti işlərinin həcmi əvvəlki illə müqayisədə 2,1 dəfə artaraq 84,8 milyon manata çatdırılıb. İl ərzində şəhərin nəqliyyat sektorunda da müsbət dinamika qeydə alınıb, 430 min ton yük və 330 min nəfər sərnişin daşınıb. Bu göstəricilər isə müvafiq olaraq 6,4 faiz və 6,1 faiz artım deməkdir. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi pərakəndə ticarət dövriyyəsində də özünü göstərib. Ötən il bu göstərici 413,7 milyon manata çatıb. Bununla yanaşı, il ərzində orta aylıq əməkhaqqı 5,2 faiz artaraq 890,8 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...