Türk bloggerlərin Bakı səfəri - agetnlik 753 min manat ayırır
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) yeni tender elan edib.
Dövlət qurumu Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili və müxtəlif ölkələrin iştiraki ilə keçiriləcək işgüzar tədbirlərlə bağlı xidmətlərin satın alınmasını realllaşdırmaq fikrindədir.
Məlumatda bildirilir ki, Agentlik bu məqsədlə 753 min 623 manat xərcləməyə hazır olduğunu açıqlayıb. Tenderin qalibi isə fevralın 13-də məlum olacaq.
Qeyd edək ki, DTA bu tip tenderləri il boyu reallaşdırır. Dünyanın dörd bir tərəfində keçirilən tədbirlərə isə milyonlarla manat xərclənir. Lakin bütün bunlara rəğmən, ölkədə turistlərin sayında hər hansı ciddi artım müşahidə edilmir. Rəsmi statistika da bu ciddi fərq görünmür.
Bu əsnada, onu da bilədirək ki, DTA-nin bu tip tenderlərini qalibi əsasən "VEGA TRAVEL MANAGEMENT” MMC olur. Ötən günlərdə bununla bağlı geniş araşdırmamızı təqdim etmişdik.
31 dəfə oxundu











