Bolqarıstanın rəhbəri ilk dəfə qadın oldu

Bolqarıstanın rəhbəri ilk dəfə qadın olduBolqarıstan Konstitusiya Məhkəməsi Rumen Radevin prezident vəzifəsindən istefasını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bolqarıstanın nova.bg portalı məlumat yayıb.
İndi konstitusiyaya uyğun olaraq, onun vəzifəsini vitse-prezident İliana Yotova tutacaq və bununla da respublika tarixində bu vəzifəni tutan ilk qadın olacaq.
Məlumatda qeyd olunur ki, məhkəmənin vəzifəsi sadəcə prezidentin istefasının onun iradəsinin şəxsi ifadəsi olduğunu və təzyiq altında verilən qərar olmadığını müəyyən etmək idi. Bu, impiçment proseduru olmadığı üçün prezidentin məhkəməyə gəlməsinə və ya istintaq aparmasına ehtiyac yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...