NATO dağılacaq, yeni ittifaq yaranacaq
“Düşünürəm ki, NATO-nun əməliyyatlarda iştirak etməməsi inanılmaz səhv idi. ABŞ müttəfiqlərini qorumaq üçün əhəmiyyətli resurslar xərcləyir, lakin Vaşinqton indi alyansa dəstək səviyyəsini yenidən nəzərdən keçirməlidir”, – deyə D.Tramp qeyd edib.
KONKRET.az xəbər verir ki, son aylar Ağ Ev administrasiyasının NATO-dan narazılığı daha da artır. Bu da, ABŞ-nin NATO-da ayrıla biləcəyi ilə bağlı ssenariləri daha da gücləndirir.
Bəs bu kimi hal reallaşacağı təqdirdə NATO-nun aqibəti necə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan amerikalı analitik Pol Qobl bildirib ki, belə bir ssenari həm ABŞ, həm də NATO-nun digər ölkələri üçün uğurlu olmayan siyasət olardı:
“NATO 70 ildən çoxdur ki, ABŞ siyasətinin mərkəzindədir. O, Şimali Amerika ilə Avropa arasında əsas təşkilati əlaqədir. Bu cür ifadələr (red: ABŞ Prezidentinin NATO haqqında çıxışı) bunu və NATO-nun davamlı rolunu nəzərə almır”.
Qobl qeyd edib ki, ABŞ NATO-dan ayrılsa, Rusiya kimi ölkələr daha da güclənəcək
“Əgər ABŞ NATO-dan çıxsa, ittifaq dağılacaq və Avropa mərkəzli yeni bir ittifaq yaranacaq. Çox ümid edirəm ki, belə bir gediş ehtimalı yoxdur, çünki düşünürəm ki, belə bir addımın ilk qurbanı ABŞ, ilk faydalanan isə Rusiya və digər bu kimi dövlətlər olacaq”, – deyə P.Qobl əlavə edib.
6 dəfə oxundu












