Türkiyədə daha bir CHP-li bələdiyyə sədri saxlanıldı

Türkiyədə daha bir CHP-li bələdiyyə sədri saxlanıldıTürkiyədə Bursa Böyükşəhər Bələdiyyəsinin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş sədri Mustafa Bozbəy saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist İsmayıl Saymaz məlumat yayıb.
O bildirib ki, Bozbəydən əlavə daha 58 nəfərin saxlanılması ilə bağlı qərar çıxarılıb, İstanbul, Bursa, Diyarbəkir və Balıkəsirdə əməliyyatlar keçirilib.
Yerli KİV yazır ki, hazırda əməliyyatlar çərçivəsində Bozbəyin evində və bələdiyyə binasında axtarışlar aparılır.
Məlumata görə, bələdiyyə sədrinin xeyli sayda qohumu, o cümlədən həyat yoldaşı və qızı haqqında da saxlanılma qərarı çıxarılıb.
İndiyədək 55 nəfərin saxlanıldığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...