Tramp ərəb ölkələrindən İranla müharibənin maliyyələşdirilməsini istəyə bilər
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livit brifinqdə deyib.
O bildirib ki, bu ölkələrdən yardım istənilməsi prezidenti çox maraqlandıracaq bir məsələdir.
Livit deyib ki, bu mövzuda Trampı qabaqlamaq istəmir:
“Bu, həqiqətən də onun düşündüyü ideyalardan biridir və məncə, bu barədə ondan daha çox eşidəcəksiniz”.
O, həmçinin İranla danışıqların davam etdiyini və yaxşı getdiyini bildirib:
“İran rejimindən eşitdiyiniz ictimai mövqeyə və saxta xəbərlərə baxmayaraq, danışıqlar davam edir və yaxşı gedir. Açıq şəkildə deyilənlər, şəxsi ünsiyyətdə bizə deyilənlərdən çox fərqlidir”.
İran isə bu iddianı rədd edir. Belə ki, martın 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü mövcud şərtlərin danışıqlar üçün uyğun olmadığını bildirərək, ABŞ ilə birbaşa danışıqların olmadığını açıqlayıb. Tehran Vaşinqtonun tələblərinin qeyri-real olduğunu bildirir.
5 dəfə oxundu












