Rusiya Böyük Britaniyanı hədələdi

Rusiya Böyük Britaniyanı hədələdi Rusiya Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin istifadəsinə Ukraynada və ondan kənarda istənilən Britaniya hərbi hədəfinə zərbə endirməklə cavab verə bilər.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.

"Britaniya hökumətinin bütün addımları, necə deyərlər, vahid bir məqsədə - ölkəmizə strateji məğlubiyyətə uğratmağa yönəlib. Bu, uğursuzluğa məhkumdur",- Zaxarova bildirib.

Rusiya XİN sözçüsü, Britaniyanı münaqişəni “tamamilə yeni səviyyəyə qaldırma riski daşıyan düşmənçilik yanaşması”ndan əl çəkməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
21 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...