Qarabağ Dirçəliş Fondunun mənfəəti 121 milyon manata düşüb

 Qarabağ Dirçəliş Fondunun mənfəəti 121 milyon manata düşübQarabağ Dirçəliş Fondu 2025-ci ili 121 milyon 260 min manat xalis mənfəətlə başa vurub.
Yeniavaz.com Fondun açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 11,8% azdır.
Hesabat ilində Fondun ianə gəlirləri 53 milyon 868 min manat, maliyyə gəlirləri isə 96 milyon 911 min manat təşkil edib. Mənfəət vergisi üzrə ödənişlər isə 19 milyon 180 min manat olub.
2026-cı il yanvarın 1-nə Fondun aktivləri 1 milyard 739,9 milyon manata çatıb. Bu, illik müqayisədə 7,55% artım deməkdir. Balans kapitalı 1 milyard 731,5 milyon manat, öhdəliklər isə 8 milyon 371 min manat olub.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu 2021-ci ildə yaradılıb və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...