“Bosniya qəssabı” Ratko Mladiç öldü
Yeniavaz.com xəbər verir ki, bu barədə “Informer” telekanalı məlumat verib.
Məlumata görə, müharibə cinayətkarı BMT-nin Haaqadakı həbsxanasında 85 yaşında ölüb.
Telekanalın məlumatına görə, Mladiç son vaxtlar ağır xəstə olub.
Telekanal əlavə məlumat verməyib.
Qeyd edək ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunal tərəfindən soyqırımı, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum olunub.
O, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Bosniya serblərinin ordusuna rəhbərlik edib. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsaya daxil olmasından sonra şəhərdə və ətraf ərazilərdə bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər törədilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.
2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi tanıyıb.
21 dəfə oxundu











