DƏHŞƏT - MTK rəhbərliyi daşıyıcı divarları dağıdır, 4 min sakinin həyatı risk altında

DƏHŞƏT - MTK rəhbərliyi daşıyıcı divarları dağıdır, 4 min sakinin həyatı risk altındaBakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış kompleksində sakinlərin həyatını böyük təhlükəyə atan qanunsuzluqlar baş verir.

Sakinlər tərəfindən “Yeni Sabah”a verilən məlumata görə, "The Baku Group" MTK-nın rəhbərliyi ilə gizli sövdələşən mənzil sahibləri binanın konstruktiv təhlükəsizliyini ciddi şəkildə pozurlar.

Daha dəqiq desək, kompleksin 21-ci blokunun 3-cü mərtəbəsində yerləşən 700 saylı mənzilin sahibi mənzili iki hissəyə bölüb satmaq məqsədilə binanın 50-60 sm enində olan daşıyıcı dəmir-beton divarını qanunsuz olaraq sındırıb və lift sahəsinə əlavə giriş qapısı açıb. Qapı yuvasının daşıyıcı konstruksiyanın mühüm elementi olan rigerin tən altında açıldığı bildirilir. Hadisə üzə çıxdıqdan dərhal sonra əraziyə yük maşını cəlb edilərək beton qırıqları uzaqlaşdırılıb. Toyuqlu pizza

Sakinlər məsələ ilə bağlı "The Baku Group" MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərova şəxsən məlumat versələr də, heç bir tədbir görülməyib. Sözügedən binanın sakinləri tərəfindən aparılan araşdırmalar zamanı kompleksdə 10-dan çox mənzildə oxşar üsulla daşıyıcı divarların sındırılaraq lift meydançasına ikinci qapıların açıldığı müəyyən edilib.

Artıq adi hala çevrilən bu müdaxilələr kompleksdə yaşayan və çalışan 4 000-ə yaxın insanın həyatını birbaşa təhlükə altına qoyur. 2026-cı ilin may ayının 26-dan etibarən müxtəlif dövlət qurumlarına çoxsaylı müraciətlər olunsa da, problem hələ də araşdırılmayıb.

Sakinlərin sözlərinə görə, tikintisinə 2005-ci ildə başlanılan kompleks 2019-cu ildə Dövlət Komissiyasına yalnız qismən təhvil verilib. Qarajın təhvil verilməsi, həyətin abadlaşdırılması və liftlərin quraşdırılmasının başa çatdırılması kimi öhdəliklər MTK-nın üzərinə qoyulsa da, aradan keçən 7 il ərzində bu işlərin heç biri görülməyib.

Eyni zamanda, Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, MTK binanı təhvil verdikdən sonra 1 ay müddətində idarəetməni mülkiyyətçilərə təhvil verməyib.

Vətəndaşlar deyib ki, hazırda binanın zirzəmisi yağışlar zamanı su ilə dolur, yay mövsümündə isə elektrik enerjisinin verilməsində tez-tez kəsintilər yaranır. MTK öz birbaşa öhdəliklərini yerinə yetirmək və həyəti abadlaşdırmaq əvəzinə, binanın balansında qalan 20-dən çox mənzili sataraq vəsaitləri mənimsəyib. Sakinlərdən toplanan komunal xidmət haqları mənimsənilir, toplanan vəsaitlər üzrə heç bir hesabat verilmir.

Sakinlər aidiyyəti dövlət qurumlarından bu özbaşınalığa təcili müdaxilə etməyi və kompleksdə hərtərəfli auditin keçirilməsini tələb edirlər.

DƏHŞƏT - MTK rəhbərliyi daşıyıcı divarları dağıdır, 4 min sakinin həyatı risk altında
DƏHŞƏT - MTK rəhbərliyi daşıyıcı divarları dağıdır, 4 min sakinin həyatı risk altında



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...