81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evlənib

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evlənibUzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

"GUNDEMİNFO" Gununsesi.info-ya istinadla xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.

Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evlənib

Festifaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.

Məsələ ilə bağlı Polad Bülbüloğlunun özündən açıqlama almaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Deputat zənglərimizi və mesajlarımızı cavabsız qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...