Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı - Saxlanılan var
“GUNDEMİNFO” “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkimininin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə, vəzifəli şəxs bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkiminin müavini təyin edilib.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib: “Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”.
24 dəfə oxundu










