Özəl xəstəxanalara pasiyent göndərişi dayandırılıb? - RƏSMİ AÇIQLAMA
“Bakupost” bu iddianın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə sorğu göndərib.
Agentliyin İctimaiyyətlə əlaqələr və Kommunikasiya departamentinin müdiri Tural Qurbanov “Bakupost”a bildirib ki, “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən, ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi göndəriş əsasında həyata keçirilir.
Onun sözlərinə görə, pasiyentlərə tibbi xidmətlərin göstərilməsi üçün dövlət tibb müəssisələrində lazımi şərait mövcuddur:
"Pasiyentə qeydiyyatda olduğu inzibati ərazi vahidində və ya həmin tibbi ərazi bölməsində, yaxud digər tibbi ərazi bölməsində fəaliyyət göstərən dövlət tibb müəssisəsində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı hallarda onlara Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş verilir və bu sahədə hər hansı məhdudiyyət yoxdur".
8 dəfə oxundu










