Gürcüstan vətəndaşlarından başqa heç bir əcnəbi turist qatarla Azərbaycana gəlməyib
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% və ya 3 min 169 nəfər azalıb.
Qeyd edək ki, avqust ayında Azərbaycana gələn turistlərin cəmi 0,4%-i və ya 695 nəfəri ölkəyə quru yolla daxil olub.
Ölkəyə quru yolla daxil olanların hamısı Gürcüstan vətəndaşları olub. Bu isə o deməkdir ki, avqust ayında orta hesabla hər gün 22 nəfər Gürcüstan vətəndaşı quru yolla Azərbaycana gəlib. Avqust ayında təyyarə ilə Azərbaycana gələn Gürcüstan vətəndaşlarının sayı 3 min 555 nəfər olub.
Məlumat üçün bildirək ki, 6 illik fasilədən sonra bu ilin 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayıb.
Onu da qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başladıqdan sonra Gürcüstan vətəndaşlarından başqa heç bir əcnəbi turist bu qatarla Azərbaycana gəlməyib. İyun ayında Tbilisi-Bakı qatarı ilə 316 nəfər, iyul ayında isə 415 nəfər Gürcüstan vətəndaşı turist kimi Azərbaycana gəlib.
11 dəfə oxundu










