“TikTok-da hər gün şou göstərək?

 “TikTok-da hər gün şou göstərək? “Artıq təxminən 6 aydır özəl tibb müəssisələrinə icbari tibbi sığorta ilə pasiyent göndərişləri dayandırılıb. Dövlət müəssisələrində isə hər yerdə müasir avadanlıq və bütün xidmətləri yüksək səviyyədə göstərmək imkanı yoxdur. Onda pasiyent nə etməlidir? Həkim nə etməlidir?”
Yeniavaz.com xəbər verir ki, bunu həkim-radioloq Nazir Allahverdiyev öz sosial media hesabında yazıb.
“Biz özəldə çalışan həkimlər olaraq nə edək? İnstaqramda pullu reklam verək? TikTok-da hər gün şou göstərək? Özümüzü reklam edib pasiyent axtaraq? Bəs biz bu məmləkətin həkimləri deyilik?
İllərlə oxuyan, təcrübə toplayan, öz sahəsində inkişaf edən həkim indi özünü TikTok-da necə daha yaxşı göstərəcəyini düşünməlidir?
Mən reklamın əleyhinə deyiləm. Amma həkimliyin reklam yarışına çevrilməsinin əleyhinəyəm.
Biz pasiyent üçün işləmək, tibbi xidmət göstərmək istəyirik. Bunun üçün normal və ədalətli sistem lazımdır. Biz bu ölkənin həkimləriyik. Bizə də işləmək üçün şərait lazımdır”, - deyə N. Allahverdiyev bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...