Xətainin heykəli ilə bağlı RƏSMİ AÇIQLAMA

Xətainin heykəli ilə bağlı Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Şah İsmayıl Xətainin Bakıdakı abidəsinin üzərindəki lövhə geniş müzakirələrə səbəb olub.

Xətainin heykəlinin kartuş (və ya lövhə) hissəsində ( üzərində "ŞAH İSMAYIL XƏTAİ" yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” ("Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov") yazılıb. , Xətainin heykəlinin kartuş (və ya lövhə) hissəsində ( üzərində "ŞAH İSMAYIL XƏTAİ" yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” ("Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov") yazılıb.

Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərinə ithafın yazılması mümkündürmü?

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir.

Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur. Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...