Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

 Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıbGürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünün zədələnməsi işi ilə bağlı Ermənistan vətəndaşı saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, məlumatı ictimai vəkil Teona Peradze təsdiqləyib.
Bildirilir ki, hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyi də büstün zədələnməsi faktı ilə bağlı xarici ölkə vətəndaşının saxlanıldığını təsdiqləyib.
O, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə ittiham olunur. Bu maddə özgəsinin əmlakının zədələnməsi və ya məhv edilməsini, nəticədə əhəmiyyətli zərərin yaranması ilə bağlıdır.
Qanunun bu maddəsi cəza olaraq cərimə, ictimai faydalı və ya islah işləri, ev dustaqlığı və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
Məhkəmənin hazırlıq iclası noyabrın 12-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
14 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...