YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılırYeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişir

APA xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti başa çatdıqda partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: “Bu, tamamilə qanunauyğun, siyasi və hüquqi reallıqları əks etdirən, Azərbaycanın misli görünməmiş zəfərlərinin rəhbəri, YAP sədri Prezident İlham Əliyevin mütəşəkkil qüvvə olan YAP-a müddətsiz rəhbərlik etməsi bizi yeni uğurlara və böyük qələbələrə aparacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...