Bu şəxslər həlak olarsa, ailələri 20 min manat alacaq

Bu şəxslər həlak olarsa, ailələri 20 min manat alacaqKorrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumları həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək.

Axar.az xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə görə, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10 min manat məbləğində birdəfəlik müavinət ödəniləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...