Şirvanda direktor dərsi kabinetində keçir?

Şirvanda direktor dərsi kabinetində keçir?Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.

GUNDEMİNFO lent.az-a istinadla xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, Şirvan şəhər 13 saylı tam orta məktəbin direktoru Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərsləri öz kabinetində keçir.

Valideyn qeyd edib ki, əsas problem kabinetdə lövhənin olmaması və şagirdlərin dərsləri qavraya bilməməsidir.

"Direktora bu məsələ ilə bağlı narazılığımızı bildirdikdə "yaxşı edirəm", deyir. 10A 10B və 11P sinfindəkı şagirdlərin taleyi bizi çox narahat edir", - deyə valideyn bildirib.

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, Şirvan şəhəri 13 nömrəli tam orta ümumtəhsil məktəbində 10 və 11-ci siniflərdə Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərslərin direktor otağında keçirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Qeyd edilən siniflər üzrə dərslər müvafiq tədris otaqlarında keçirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
21 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...