Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib

Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilibNaxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib.

APA xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.

Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib.

Qeyd edək ki, bir qədər əvvəl Naxçıvan Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq Muxtar Respublika Ali Məclisinin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...