Sürtgü yağı satan şirkət it yemi də satırmış - Bakı Meriyasından əcaib satınalma

Sürtgü yağı satan şirkət it yemi də satırmış -
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Fəza-F” MMC (VÖEN-2902898611) olub.
Müsabiqənin şərtlərinə görə Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Fəza-F” MMC-dən itlər üçün 150 ton quru yem alacaq və bunun üçün 425 min 685 manat vəsait ödəniləcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Fəza-F” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar Massivində yerləşir. Ağayev Fizuli Telman oğlunun rəhbərlik etdiyi “Fəza-F” MMC barəsində açıq mənbələrdə ətraflı məlumat mövcud deyil. Məlum olan odur ki, “Fəza-F” MMC 2022 və 2024-cü illərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi 5 tender müsabiqəsində qalib olub. İt yemindən əvvəl “Fəza-F” MMC Departamentə xam duz, avtomobillər üçün ehtiyat hissələri və sürtkü yağları satıb.
Məlumat üçün qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...