AHİK-in “elektron yollayış” dələduzluğu - FOTOFAKT

AHİK-in “elektron yollayış” dələduzluğu -
Dincəlmək üçün operatorla sövdələşmək gərəkir

Yay günlərinin qaynar mövzusu bu ildən sanatoriya-kurort yollayışlarının elektron qaydada təqdim edilməsidir. “E-ahik” elektron rezervasiya sistemi vasitəsilə hər kəs istədiyi sanatoriyanı, istirahət mərkəzinə seçməkdə azaddır. Düzü, ilk baxışda cəlbedici görünür, ayrı-seçkiliyə son qoyulması görüntüsü yaradır, amma bəzi çalarlar nəzərə alınmayıb. Yaxud nəzəri yöndən alınıb, di gəl, praktiki olaraq həmkarlıq prinsipi pozulur.
Bu pozuntu başlıca olaraq əlilliyi olan şəxslərin yollayışla təminatənda üzə çıxır. Qanunvericiliyə görə, əlillərin sanatoriya-kurort yollayışları ilə təminatı pulsuz həyata keçirilir, indiyədək belə olub. Elə indi də “e-ahik” sistemində müharibə veteranlarının, əlillərin, 1-ci dərəcəli əlilin müşayiətçisinin güzəşt hüququ saxlanılır. Amma yollayışın təsdiqinə gələndə ən azı 15 faiz ödəniş tələb olunur.
AHİK-in “elektron yollayış” dələduzluğu -

Hələ bu da son deyil, sistemdə təsdiq gözlənilməsi ən azı bir həftə çəkir və hər dəfə bir bəhanə ilə imtina edilir. Bizə hələlik imtinanın üç səbəbi bəllidir: 1. Ödəniş növü düzgün seçilməyib; 2. Qonaqlama forması düzgün seçilməyib; 3. Seçilən məkan üzrə qeyd olunan tarixdə boş otaq mövcud deyil. Hər 3 səbəbin bəhanədən, fırıldaqdan özgə bir şey olmadığı gün kimi aydındır. Birincisi, ödəniş təsdiqdən sonra edilirsə, hansı düzgün ödəniş növünün seçilmədiyindən söz açılır? 2-cisi, qonaqlama forması nədir ki, onun düzgün seçilməməsi imtinaya səbəb olsun?
AHİK-in “elektron yollayış” dələduzluğu -

Vətəndaş bütün formanı doldurur, kimlə gedəcəyinin bütün rekvizitlərini daxil edir, sonda imtina edilir ki, qonaqlama forması düz seçilməyib. Bu yanlışı elə təsdiqə göndərməmişdən qabaq bildirmək olmazmı? 3-cüsü, seçilən tarixdə boş otaq olmaması səbəbi də saxtalıqdır.
AHİK-in “elektron yollayış” dələduzluğu -

Nədən boş otaq olmayanda bəri başdan boş yerin olmadığı sistemdə bildirilir, həmin məkana yollayış seçimi təsdiqə “buraxılmır”. Belə bəlli olur ki, AHİK burda da ayrı-seçkilik edir, güzəşt hüququ olanlar istirahətdən kənarda saxlanılır, müalicədən məhrum edilirlər.
AHİK-in “elektron yollayış” dələduzluğu -

Amma AHİK rəhbərliyi özünün “alibi”sini də elektron qaydada təmin edib. Axı imtina AHİK operatorunun adından edilir! Görünür, operatorlar köhnə qayda ilə işləyənlərdən seçilir. İstənilən halda həmkarları “e-ahik” sisteminin operatorunun ümidinə qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Gərəkdir öncədən operatorla sövdələşəsən. Daha bunun nəyi şəffaflıq oldu?

AHİK-in “elektron yollayış” dələduzluğu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...