Kanadada dünyasını dəyişən Vətən müharibəsi iştirakçısının yaxınları kömək istəyir

  Kanadada dünyasını dəyişən Vətən müharibəsi iştirakçısının yaxınları kömək istəyir
Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlov Kanadanın Toronto şəhərində vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, 27 yaşlı S. Adıgözəlov avqustun 2-də dünyasını dəyişib.
Qeyd olunub ki, ailəsi mərhumun cənazəsini Azərbaycana gətirmək istəyir. Lakin ailənin maddi gücü buna imkan vermir.
Mərhumun yaxınları onun cənazəsinin Vətənə gətirilməsi üçün kömək istəyirlər.
Qeyd edək ki, Sadiq Adıgözəlov Vətən müharibəsində könüllü olaraq Kanadadan Azərbaycana gəlib və döyüşlərdə iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...