Olimpiada qaliblərinə də idmançılar kimi dəyər verilsəydi…

Olimpiada qaliblərinə də idmançılar kimi dəyər verilsəydi…
2022-ci ildə 1 gümüş və 4 bürüc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən, çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən-birə belə zəif nəticə göstərməli deyildi. Bütün bunlar da çox düşündürücüdür. Elm və Təhsil Nazirliyi, Olimpiadaya Hazırlıq Mərkəzi bunun səbəblərini araşdırmalıdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz danışıb. O bildirib ki, informatika üzrə nəticələr yüksəlməyə doğru gedir, amma Riyaziyyat üzrə nəticələr isə azalmağa doğru:

“Təklif edirəm ki, Respublika Riyaziyyat Olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Respublika və Beynəlxalq olimpiadalar arasındakı məzmun fərqini xeyli daraltmaq doğru olardı.

Respublika Olimpiadasının qaliblərinin beynəlxalq olimpiadalara hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki, indi də onlar bizə yardım edərlər.

Respublika Olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı.

Biz fərqində olmalıyıq ki, mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir.

İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, onun səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə, demək məktəbli ilə bağlı da problem var.
Mövcud qaydalara görə olimpiadada bir dəfə uğur qazanan şagird artıq ali məktəb problemini həll etmiş olur. Elə mexanizm qurulmalıdır ki, bir dəfə uğur qazanan şagirddə arxayınlıq yaranmasın və öz üzərində işləsin

İdmanda qaliblərə və onların məşqçilərinə dövlət səviyyəsində olan münasibət fənlər üzrə beynəlxalq olimpiada qaliblərinə də şamil olunmalıdır. ETN bununla bağlı səylərini gücləndirməlidir və hökumətə təkliflərini təqdim etməlidir

ETN beynəlxalq olimpiadalara hazırlıq məsələsini xüsusi nəzarətə götürməlidir. Bura resurslar ayrılmalıdır. Metodiki vəsaitlər hazırlanmalıdır. Olimpiadaya hazırlıq mərkəzinin statusunu qaldırmalıdır, bu mərkəz problemin həllinə sistemli yanaşma sərgiləməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...