Davanı sakitləşdirmək üçün araya girdi - Özünü öldürdülər

Davanı sakitləşdirmək üçün araya girdi -
Yevlax rayonunda 37 yaşlı kişi qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib.

2006-cı il təvəllüdlü Həsən Məmmədov və 2005-ci il təvəllüdlü Əli Mahmudov dalaşıblar. Hadisə zamanı Əli Mahmudovun əmisi, 1988-ci il təvəllüdlü Zahid Məmmədov davanı sakitləşdirmək istəyərkən H.Məmmədovun qohumu, 2009-cu il təvəllüdlü R.Abdullayev bıçaqla ona kürək nahiyəsindən iki zərbə endirib. Hadisə nəticəsində Z.Məmmədov dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...