General Raul Zeynalovun 1 milyonu ələ keçirilib

General Raul Zeynalovun 1 milyonu ələ keçirilibFövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.

Əldə etdiyimiz digər məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir.
Ətraflı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...