AQTA-da təşviş başladı: Təhməzli geri addım atdı

AQTA-da təşviş başladı: Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamalar müvəqqəti dayandırılıb.

Gundem.info.az xəbər verir ki, Globalinfo.az bu barədə ət satışı və heyvan kəsimi məntəqələrinin sahiblərindən məlumat əldə edib.

Onlar bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli tərəfindən bununla bağlı tapşırıq verilib.

Müvafiq tapşırığın verilməsinə səbəb həyata keçirilən yoxlamaların ciddi ictimai narazılıq yaratması, AQTA-nın rüşvətdə ittiham olunması və digər bu kimi amillərdir.

Qeyd edək ki, dabaq xəstəliyinin geniş yayılması ilə bağlı AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarları ilə yanaşı, fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi yerlərinin də bağlanması üçün plandankənar yoxlamalar keçirilirdi. Belə yoxlamalar zamanı ötən həftə qurumun əməkdaşları ilə qəssablar arasında ciddi qarşıdurma yaranıb və sosial şəbəkələrdə bu hal geniş müzakirə edilib.

Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...