Məşhur sahibkarın rəhbərlik etdiyi şirkət kapitalını kəskin şəkildə azaldır
“Bakı Ticarət Mərkəzi” MMC (VÖEN – 1605491471) 13 noyabr 2025-ci il tarixdən 7 100 110 manat olan nizamnamə kapitalının 2 500 000 manat azaldıldığını elan edib.Yeniavaz.com xəbər verir ki, elanda kreditorlardan bir ay ərzində öz tələblərini Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 30 m. 67 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Bakı Ticarət Mərkəzi” MMC 11 iyun 2024-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Rəhimov Araz Nüsrət oğludur.
Onu da bildirək ki, Araz Rəhimov ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan “Abşeron Ticarət Mərkəzi”nə də rəhbərlik edir. Bundan başqa Araz Rəhimov Nizami rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərinə də rəhbərlik edib. Rəhimov hazırda “Dıqlas 2” MMC-nin qanuni təmsilçisidir. O, 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edib. Araz Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var.
Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.
55 dəfə oxundu











